İDMAN


Rusiyada turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC 

Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin heyətində “İnter” və “Neftçi” klublarının oyunçuları çoxluq təşkil edir.

Heyətdə Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Süleyman Əhmədov (“Sumqayıt”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Hüseyin Seylığlı, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), İsmail Karakaş, Doğukan Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə) və Barış Ekincier (“Rot-Vayss Essen”, Almaniya) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.