DÜNYA
Rusiyada yaşayış binasında uçqun nəticəsində 2 nəfər ölüb
Bakı, 1 iyun, AZƏRTAC
Rusiyanın Kemerovo vilayətinin Mejdureçensk şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kemerovo vilayətinin İstintaq Komitəsindən bildiriblər.
Məlumata görə, xilasedicilər binanın sakini olan kişinin meyitini uçqunun altından çıxarıblar. Bundan əvvəl yaşlı qadının meyiti dağıntılar altından tapılıb. Hüquq-mühafizə orqanları dəqiqləşdiriblər ki, qadın bu evdə qeydiyyatda olmayıb. Uçqun altında qalanların hamısı artıq çıxarılıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Buna baxmayaraq xilasedicilər axtarış əməliyyatını davam etdirirlər. Binanın bütün sakinləri təxliyyə olunub.
Hadisənin səbəbləri araşdırılır.
Faktla bağlı tikinti işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]