CƏMİYYƏT


Rusiyadan Azərbaycana 53 min 400 ədəd siqaret və pnevmatik tapança keçirilməsinin qarşısı alınıb

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn bu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 53 min 400 ədəd “NZ” markalı siqaret aşkar edilib. İdarənin “Xanoba” gömrük postunda isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.