MƏDƏNİYYƏT


Rusiyalı aktyorlar Bakıda “Amansız dərs” tamaşasını nümayiş etdirəcəklər

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC

Fevralın 11-12-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın aparıcı teatr və kino aktyorlarının qastrol səfəri çərçivəsində Valentin Krasnoqorovun “Amansız dərs” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, tamaşanın rejissoru Mixail Qorevoydur. Rolları Anastasiya Zadorojnaya, Oleq Fomin, Aristarx Venes və Regina Myannik ifa edəcəklər.

Pyesin əsasında beynəlxalq rezonans doğurmuş real psixoloji eksperiment dayanır. Professorun rəhbərliyi altında iki tələbə elmi məqsədlərlə qadına əziyyət verir. Eksperimentdə iştirak personajların şəxsi münasibətlərinə də təsir edir. Kəskin süjet auditoriyanı daim gərgin vəziyyətdə saxlayır. Pyes xüsusilə gənclər arasında uğur qazanıb.

Biletləri Dövlət Rus Dram Teatrının kassasından və şəhərdəki mərkəzləşdirilmiş kassalardan almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.