ELM VƏ TƏHSİL


Rusiyalı alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühazirə oxuyacaq

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı tanınmış rusiyalı alim, A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Novosibirsk Dövlət Universitetinin professoru Nikolay Zapivalov ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlar, tədris prosesi, beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib.

Hazırda universitetdə üç dildə tədris aparıldığını qeyd edən rektor Fransa-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətindən danışıb. M.Babanlı Rusiyanın geoloji-kəşfiyyat sahəsində tanınmış aliminin elmi araşdırmalarının ADNSU üçün də maraqlı olduğunu qeyd edib.

Professor N.Zapivalov neft sahəsində ixtisaslaşmış ADNSU ilə tanışlıqdan məmnunluğunu bildirib.

Rusiyalı alim ADNSU-nun tələbələrinə mühazirələr oxuyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.