ELM VƏ TƏHSİL


Rusiyalı alim Bilik Fondunun fəaliyyətini yüksək dəyərləndirib

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Amonaşvili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun icraçı direktoru Oqtay Səmədov, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili və ölkəmizin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə O.Səmədov qonaqlara Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə fondun müxtəlif mövzularda təşkil etdiyi mühazirələr, yeniyetmələrin və gənclərin yaradıcılığını cilalamaq və stimullaşdırmaq məqsədilə keçirilən sərgilər, müsabiqələr böyük maraqla qarşılanır.

Fondun fəaliyyəti ilə tanış olan Ş.Amonaşvili qısa vaxtda həyata keçirilmiş əhəmiyyətli layihələri, xüsusilə məktəblərlə sıx əlaqələrin qurulmasını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, gənclərin sadəcə elmi biliklərə yiyələnməsi kifayət deyil, onların cəmiyyətə faydalı bir fərd kimi yetişdirilməsi üçün dünyagörüşlərinin genişləndirilməsi və yaradıcılıq imkanlarının üzə çıxarılaraq inkişafına şərait yaradılması vacibdir. Bilik Fondunun bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu deyən qonaq xatirə albomuna ürək sözlərini yazıb.

Sonra müasir pedaqogikanın problemləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.