ELM VƏ TƏHSİL


Rusiyalı alimlər dişləri kariesdən qoruyan “ömürlük”plomb hazırlayıblar

Bakı, 7 aprel, AZƏRTAC 

Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən “ömürlük” nanomaterial hazırlanıb.

AZƏRTAC “mk.ru” saytına istinadla xəbər verir ki, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacağına inanırlar.

Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, qeyd olunan maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir.

Alimlərin sözlərinə görə, başqa stomatoloji materialların hazırlanmasında da nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.