CƏMİYYƏT


Rusiyalı alimlər qanın quru əvəzləyicisini hazırlayıblar

Bakı, 19 aprel, AZƏRTAC

Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün PAM-3 preparatını işləyib hazırlayıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər. Kaluqa vilayətinin Səhiyyə Nazirliyinin saytında yayılan məlumata görə, xüsusi saxlanma şəraiti tələb etməyən preparat istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləyir.

AZƏRTAC “360tv.ru” saytına istinadla xəbər verir ki, preparat klinik sınaqlardan əvvəl sağlam könüllülər üzərində tətbiq edilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi və onun farmakokinetik xassələri öyrənilib, həmçinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.