ELM VƏ TƏHSİL


Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Bakı, 13 yanvar, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

AZƏRTAC tass.ru saytına istinadla xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.