ELM VƏ TƏHSİL


Rusiyalı botaniklər azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Bakı, 5 iyun, AZƏRTAC 

Rusiya Elmlər Akademiyası Daxili Sular İnstitutunun su bitkilərinin sistematikası və coğrafiyası laboratoriyasının müdiri Maksim Kulikovskiy və böyük elmi işçisi Yevgeniy Malçev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda elmi ezamiyyətdə olublar. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Rusiyalı alimlərin institutun direktoru, akademik Validə Əlizadə, alqologiya və lixenobriologiya şöbəsinin müdiri Şəkər Muxtarova ilə görüşündə elmi əməkdaşlıq əlaqələrinin qurulması və alqologiya sahəsi üzrə birgə tədqiqatların aparılması perspektivləri müzakirə olunub. Qonaqlar Botanika İnstitutunun alqotekasında saxlanılan Azərbaycanın kontinental və dəniz yosun nümunələri ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Botanika İnstitutunda “Azərbaycanın və Rusiyanın bitki müxtəlifliyinin tədqiqinə müasir yanaşmalar” mövzusunda seminar da keçirilib. Seminarda qonaqlar “Rusiya ərazisinin diatom yosunları” mövzusunda məruzə ediblər.

Sonra rusiyalı alimlərin mövzu üzrə apardıqları tədqiqat işlərindən bəhs edən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.