SİYASƏT


Rusiyalı deputat: Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi olduqca xoşagəlməz haldır

Moskva, 16 may, AZƏRTAC

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev RF Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) bağlanması haqqında qərarını şərh edib.

Deputat qeyd edib ki, mayın 15-də RF Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edilib. D.Savelyev deyib: “Bu, olduqca xoşagəlməz vəziyyətdir. Şübhəsiz, keyfiyyətli apellyasiya hazırlamaq imkanlarını axtarmaq və bu qərara məhkəmə qaydasında etiraz etmək lazımdır. Bir halda ki, məsələ məhkəməyə çatıb, onda bu konkret vəziyyəti məhz Rusiya qanunvericiliyi çərçivəsində həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istərdim: ölkələrimiz və vətəndaşlarımız arasında qarşılıqlı münasibətlər çox yüksək dəyərdir. İllər boyu, onilliklər, əsrlər boyu qurduğumuz və qoruyub saxladığımız münasibətlər bu lokal vəziyyətdə zərər çəkməməlidir. Hesab edirəm ki, əgər bu vəziyyəti düzəltmək mümkün olmasa, yeni təşkilat yaratmaq, bu işə çox diqqətlə yanaşmaq və Rusiyada azərbaycanlıların ictimai birliyinin fəaliyyətini tam həcmdə bərpa etmək lazımdır. Əminəm ki, həm Rusiyanın, həm də Azərbaycanın bütün vətəndaşları nizamlanmış və keyfiyyətli iş istəyirlər, çünki xalqlarımız arasında dostluq bizim hamımız üçün baza dəyəri olaraq qalır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.