MƏDƏNİYYƏT


Rusiyalı dirijor Bakıda çıxış edəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Fevralın 3-də Rusiyanın Xalq Artisti, dünya şöhrətli dirijor Valeri Xlebnikovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək.

Konsertin solistləri Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Artisti Svetlana Qabuyeva (mezzo-soprano) və Azərbaycanın Əməkdar Artisti Fəridə Məmmədova (soprano) olacaq.

Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.