CƏMİYYƏT


Rusiyalı müəllimlər Bakı Slavyan Universitetində mühazirə oxuyublar

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) bir qrup müəllimi Bakı Slavyan Universitetində (BSU) olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, rusiyalı müəllimlərlə görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından danışıb. Mövcud münasibətlərin dövlət başçılarımız səviyyəsində də dəstəkləndiyini qeyd edən rektor deyib: “Dövlət başçılarımız arasındakı yaxın, dostluq münasibətləri bütün istiqamətlərə, o cümlədən təhsil sahəsinə də müsbət təsirini göstərməkdədir. Əminəm ki, BSU ilə MDPU arasındakı əlaqələr bundan sonra daha böyük uğurla inkişaf edəcək”.

Görüşdə MDPU-nun prorektoru Lyudmila Trubina BSU-nun tələbələrinə mühazirə oxuyacaq rusiyalı müəllimləri təqdim edib.

Sonra moskvalı müəllimlər BSU-nun müxtəlif auditoriyalarında tələbələrə ixtisasları üzrə mühazirələr oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.