REGİONLAR


Rusiyalı politoloq Aqrar Universitetdə mühazirə söyləyib

Gəncə, 23 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov Aqrar Universitetin aqrobiznes və idarəetmə fakültəsində mühazirə oxuyub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti, tələbə kollektivi və Bilik Fondunun əməkdaşları iştirak edib.

Tədbiri açan Aqrar Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri tarixi faktlar əsasında daha dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə Oleq Kuznetsova təşəkkürünü bildirib.

Oleq Kuznetsov çıxışı zamanı Azərbaycana səfərləri çərçivəsində Gəncədə bir neçə dəfə olduğunu deyib və bildirib ki, ermənilərin Azərbaycana torpaq iddiaları tarixin bütün dönəmlərində olub. Əslində məsələ tək bununla bitməyib. Erməni terroru transmilli terrora qədər yüksəlib.

Mühazirədən sonra politoloqun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.

Oleq Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınması üçün Gəncə ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.

Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər.

Tədbirdə Aqrar Universitetinin müəllim və tələbə kollektivi çıxış edərək, erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə Oleq Kuznetsova minnətdarlığını bildirib, hamılıqla aksiyaya qoşulacaqlarına söz veriblər.

Qeyd edək ki, petisiyada 200 min səsin toplanması lazımdır. Bununla bağlı tədbirlər Azərbaycan Texnologiya Universitetində, həmçinin Şəmkir və Mingəçevir şəhərlərində də keçiriləcək.

Səsvermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə “Олег Кузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, XOCALİ-[email protected] ünvanına göndərmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.