Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiyalı politoloq Oleq Kuznetsov: “Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi”

Rusiyalı politoloq Oleq Kuznetsov: “Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi”

Bakı, 6 oktyabr, AZƏRTAC

Sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumun iştirakçıları arasında məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da var idi. “Azerbaydjanskie izvestiya” qəzeti politoloqun Day.Az-ın müxbirinə Forumla bağlı müsahibəsini dərc edib.

AZƏRTAC müsahibəni təqdim edir.

X X X

-Siz artıq ənənəyə çevrilmiş Bakı Humanitar Forumunun əhəmiyyətini necə qiymətləndirərdiniz? Sizin fikrinizcə, bu Forumun əsas xüsusiyyəti nədən ibarətdir?

-Bakı Beynəlxalq Humanitar Forumu öz formatına və nümayəndələrinin səviyyəsinə görə oxşar analoji tədbirlər arasında layiqli yerini tapıb. Hazırda dünyada planetar miqyaslı intellektualların müəyyən dövriliklə ən çox halda on toplantısı keçirilir və onlardan biri Bakı Forumudur. Sizin təbirinizcə desək, həmin Forumun “əsas xüsusiyyəti” ondan ibarətdir ki, Bakıda bu cür - məhdud yönümlü deyil, maksimum geniş mövzulu qlobal tədbir keçirilməsi məsuliyyətini öz üzərilərinə götürməyə qorxmadılar. Dünyanın 50-dən çox ölkəsini təmsil edən 400-dən çox iştirakçı, o cümlədən 15 nəfər Nobel mükafatı laureatı – bütün bunlar mənə həqiqətən çox güclü təsir bağışladı və heyrətləndirdi. Mənim UNESCO xətti üzrə 15-ə yaxın əcnəbi qonağın iştirak etdiyi beynəlxalq elmi tədbirlərin təşkili və keçirilməsi üzrə təcrübəm var. Ona görə də bu işin nə qədər mürəkkəb və məsuliyyətli olduğunu bilirəm. Azərbaycan belə bir beynəlxalq tədbir keçirməklə bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, bu ölkə intellektuallar ölkəsidir, onun xalqı dünya humanitar fikrini qiymətləndirməyə qabildir.

-Şəxsən siz hansı müzakirələrdə iştirak etdiniz və özünüz üçün nə nəticə çıxardınız?

-Bakı Forumu beynəlxalq konfrans deyil, onun mövzu dairəsi təşkilatçılar tərəfindən əvvəlcədən müəyyən edilmir. Bu, səviyyəsinə, miqyasına, habelə məzmununa görə fərqli tədbirdir. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən başlamış tibb elminin və farmakologiyanın etik problemlərinə qədər altı əsas tematik istiqamət müəyyən edilmişdi. Ekologiya və davamlı inkişaf, müasir informasiya dünyasında jurnalistikanın rolunun transformasiyası problemlərinə toxunuldu, hamısı yadımda qalmayıb. Mən Forumun mahiyyəti ilə əlaqədar bir müşahidəmi bölüşmək istərdim, zənnimcə, sizin oxucular üçün maraqlı ola bilər.

Forumun ilk iş günündə çıxışlar iki blokdan ibarət idi: dünya səviyyəli siyasətçilərin və Nobel mükafatı laureatlarının çıxışları. Mən həmin çıxışların əksəriyyətini diqqətlə dinlədim və belə bir fikrə gəldim ki, siyasətçilərin çıxışlarını dinləyəndə məruzə başlanandan iki dəqiqə sonra söhbətin nədən gedəcəyini və nə kimi nəticələr çıxarılacağını bilirdim, Nobel mükafatı laureatlarının çıxışlarını dinləyəndə isə bu, məndə xüsusi maraq doğururdu, çünki cari fikir tamamlanandan sonra konkret nə barədə söhbət gedəcəyini heç vaxt əvvəlcədən müəyyən edə bilmirdim.

Məsələn, molekulyar kimya barədə heç nə bilmirəm, lakin müvafiq məruzəni dinləmək mənim üçün hədsiz maraqlı idi, çünki dərhal aydın olurdu ki, natiq ən yüksək səviyyəli, mövzunu təfərrüatı ilə bilən, öz işi ilə yaşayan və özünün elmə marağını hər bir dinləyiciyə çatdırmağa çalışan peşəkardır. Mənə gəldikdə isə Azərbaycan multikulturalizminə, miqrasiya və dini tolerantlıq problemlərinə həsr edilmiş platformanın və ya seksiyanın işində iştirak edirdim. Burada məruzəçilərin və çıxışçıların səviyyəsi çox yüksək idi və mən belə bir kompaniyaya düşdüyümə, nəinki dinləmək, həm də öz fikrimi söyləmək imkanına malik olduğuma görə həqiqətən xoşbəxtəm.

-İştirakçıların çıxışlarında bugünkü Avropada ksenofobiyanın güclənməsi meyllərinin artması dəfələrlə qeyd edildi. Belə təzahürlərə qarşı mübarizədə bu cür forumların rolu nədən ibarət ola bilər?

-Ksenofobiya Qərbi Avropa kütləvi mədəniyyətinin səciyyəvi cəhətidir, bu barədə tam açıq danışmaq lazımdır. Bunun səbəbi çox sadədir: Avropa ərazisinə görə ən kiçik qitədir. Onun ərazisində əhalinin təmərküzləşmə göstəricisi ən yüksək səviyyədədir. Avropa ərazisinin hər bir kvadratmetri “həyati məkan” uğrunda mübarizədə insan qanı ilə suvarılıb. Buna görə də “özümüzünkü–özgəninki” prinsipi üzrə refleksiya Avropada ənənəvi şəkildə yüksəkdir. Mən hətta deyərdim ki, bu məsələ genetik mənşəlidir. Əvvəlcə xaç yürüşləri, sonra müstəmləkə işğalları, daha sonra İkinci Dünya müharibəsinin əsas səbəbi olan millətçi sosializm. Bütün bunlar Avropada əhalinin ifrat sıxlığının “qaranlıq” nəticələridir. Bunun “işıqlı” nəticələri də var – urbanizasiya və sənayeləşmə. Lakin onlar insanların həyatının maddi tərəfi ilə bağlıdır, avropalıların geniş kütlələrinin həyatının mənəvi tərkib hissəsi isə həmişə daha bəsit olub.

Avropalı obıvatellər nisbi maddi firavanlıq və sosial sabitlik şəraitində qastarbayterlərə münasibətdə rəhmdillik və şəfqət nümayiş etdirirlər. Çünki onlar həmin obıvatellər üçün toxluq və məmnunluq yaradır. Lakin növbəti iqtisadi böhran başlayandan, kəmərləri möhkəm bağlamaq zərurəti yaranandan dərhal sonra orta statistik avropalı obıvatelin şüuraltı məkanından ksenofobiyanın müxtəlif stereotipləri üzə çıxmağa başlayır. Bunun heç bir çarəsi yoxdur, çünki bu cür psixi refleksiya Avropa mentallığının üzvi tərkib hissəsidir. Belə reaksiyaları müvəqqəti dayandırmaq olar, amma onların kökünü kəsmək mümkün deyil.

Bu cür meyillərə qarşı mübarizə işində Bakı Beynəlxalq Humanitar Forumunun rolu məsələsinə gəldikdə isə, bu rol sadə və eyni zamanda, çox böyükdür. Belə tədbirlər bəşəriyyətin gələcək inkişafı üçün real alternativin mövcud olması faktını göstərir, ölkələr və xalqlar isə hansı yolla – təkamül, involyusiya, yoxsa inqilab yolu ilə getmək lazım olduğunu özləri seçəcəklər. İnsanın və insanlığın öz mövcudluğunu təşkil etmək üçün həmişə alternativi olmalıdır və Bakı Beynəlxalq Humanitar Forumu qəbilindən olan tədbirlər belə bir alternativin mövcud olması faktının əyani göstəricisidir.

-1990-cı illərin əvvəlində yaranmış bütün problemlərə baxmayaraq, Azərbaycan çoxmillətli və tolerant ölkə olaraq qalıb, “Azərbaycan multikulturalizmi” termini isə artıq bütün dünyada dövriyyəyə möhkəm daxil olub. Bu fenomen nə ilə izah olunur?

-Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olub, onun ərazisində müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar yaşayır. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Əgər sualınızın qoyuluşunda onu nəzərdə tutursunuzsa ki, 1990-cı illərin əvvəlində sizin ölkədə yaranmış hərc-mərclik şəraitində Azərbaycanda etnik təmizləmələr olmayıb, mən buna təəccüblənmərəm. Axı siz erməni deyilsiniz ki, bəşəriyyətə qarşı bu cür kütləvi cinayətlər törədəsiniz, sonra isə gerçəkləşməmiş milli istisnalıq hissindən əziyyət çəkməkdə davam edəsiniz. “Azərbaycan multikulturalizmi” termininin tarixinə gəldikdə isə bu, yaxın vaxtlarda yaranıb və bir neçə il əvvəl Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin məqsədyönlü, mütəşəkkil əlaqələrinin məhsulu olan “Bakı prosesi” dünya gerçəkliyində gündəlik normaya çevrilib. BMT, UNESCO və İSESCO bu prosesi bəyənir və təşviq edir. Bu fikir Bakı Beynəlxalq Humanitar Forumu müddətində ən yüksək səviyyələrdə və ən müxtəlif məkanlarda dəfələrlə səslənib.

Lakin əslində bu termin hansısa təzə və ya süni şəkildə yaradılmış anlayış deyil. Azərbaycan əhalisinə xas olan ənənəvi, hətta deyərdim ki, tradisionalist həyat tərzinin və ya mövcudluq tərzinin nəticəsidir. Azərbaycan müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrindən “Azərbaycan xalqı” adlı konkret sosiomədəni fenomen formalaşdırıb. Bu xalqın strukturunda etnik azərbaycanlılarla bərabər, ləzgilərə, talışlara, ruslara, tatarlara, kürdlərə, yəhudilərə, tatlara, udilərə də yer var, hamısını yadda saxlamaq olmur. Azərbaycan sakinlərinin həyat tərzi tarixən və ya ənənəyə görə mehriban qonşuluq, ayrılıqda götürülmüş bir insanın və ya onun mənsub olduğu rezident sosial qrupun subyektiv cizgilərinə hörmət, – burada dini etiqaddan və ya ümumiyyətlə dünya görüşündən söhbət gedir, - özlüyündə ictimaiyyətçilərin XX yüzillikdə “multikulturalizm” anlayışına verdikləri keyfiyyət əlamətlərinə müvafiq olub və yenə də müvafiqdir.

-Azərbaycan cəmiyyətinin real tolerantlığına baxmayaraq, müxtəlif beynəlxalq hesabatlarda bu ölkəni ksenofobiyada və dözümsüzlükdə təqsirləndirməyə çalışırlar. Bəzən hətta monomilli Ermənistan daha münasib formada təqdim edilir. Nəyə görə belə olur?

-Mən bu fenomeni izah edə bilərəm. Mənim izahım kimlərəsə tamamilə fantasmaqorik təsir bağışlaya bilər, amma bununla belə öz fikrimi bölüşmək istəyirəm. Bəri başdan deyim ki, bu izahat təkcə Avropanın Azərbaycana münasibətdə tutduğu mövqeyə aid olmayıb, həm də “Köhnə Dünya”nın birləşmiş ölkələrinin daha iki dövlətə - Rusiyaya və Türkiyəyə münasibətinə də aiddir. Bu üç ölkə humanitar sahədə nə qədər müsbət irəliləyişə nail olsa da, sosial dialoq, multikulturalizm və ya tolerantlıq sahəsində hansı yüksəkliklərə çatsa da, avropalılar və ya ən azı onların intellektual-inzibati elitasının nümayəndələri həmin ölkələri yenə də “barbar” hesab edəcəklər. Bu münasibətin, onun ilkin şəraitinin və səbəblərinin “Köhnə Dünya”nın keçmişi ilə bağlı konkret reallıqlarla izah edilən sırf tarixi kökləri var. Məlum olduğu kimi, Birləşmiş Avropa ideyası “Müqəddəs həmrəylik” və ya Antanta – Birinci Dünya müharibəsi ərəfəsində və həmin müharibənin ilk illərində Böyük Britaniya, Fransa və Rusiya imperiyasının hərbi-siyasi ittifaqı ideologiyasından qaynaqlanır. Tarixdən hamımızın yaxşı xatırladığımız kimi, ilk vaxtlar Antantanın düşmənləri həmin müharibənin gedişində məhv edilmiş Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları idi. Məğlub edilmiş bu imperiyaların ayrı-ayrı hissələri hələ müharibənin gedişində onlardan ayrılaraq Antantanın tərkibinə daxil oldular. Bu da yaxşı yadımızdadır ki, 1917-ci ildə bolşeviklər partiyasının ölkədə hakimiyyətə gəlməsi üzündən Rusiya imperiyası “Müqəddəs həmrəylik” ideallarına xəyanət etdi, buna görə də dünyagörüşü baxımından düşmənə çevrildi və hələ də bu cür qəbul edilir. Osmanlı imperiyasının xarabalıqları üzərində yaradılmış Türkiyə darmadağın edilmiş, lakin məğlub olmamış düşmən obrazına çevrildi və indiyə qədər bu cür assosiasiya doğurur. Avropa bu iki imperiyanın tarixi “qəlpələrini” bir-birinin ardınca udacaq və assimilyasiya edəcək, lakin həmin ölkələrin “nüvəsini” heç vaxt özünə daxil etməyəcək. Azərbaycan isə Rusiya və Osmanlı imperiyalarının yuxarıda göstərilən səbəblər üzündən Avropada dünyabaxışı kimi nifrət doğuran tarixi cizgilərini mənimsəyib.

-Forumun mövzusuna qayıdaq. Sizin fikrinizcə, bu Forumun əsas yekunu nədən ibarətdir?

-V Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin mahiyyətinə və ya formatına görə, onlarda lap əvvəldən hər hansı konkret nəticəyə yaxud tam müəyyən yekuna nail olmaq nəzərdə tutulmur. Bu, sizin üçün hansısa akademik elmi konfrans və ya hansısa eksperimental nümunənin yekun sınağı deyil ki, orada konkret praktiki nəticə olsun. Bu miqyaslı Forum özlüyündə yetərli hadisədir və nəticə də elə bundan ibarətdir. Belə hallarda, filosofların dediyi kimi, “alfa və omeqa” başlanğıc və sondur.

Forumun başlıca nəticəsi ondan ibarətdir ki, o, iştirakçıların möhtəşəm toplantısı kimi keçirildi. Bu Forum özü tarixin bir səhifəsidir, mətni axıra qədər yazılmış gözəl bir səhifədir. Bu səhifə tamamlanıb. İndi onu çevirmək lazımdır ki, “VI Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli yeni səhifə yazmağa başlayaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu