MƏDƏNİYYƏT
Rusiyalı professor Bakıda ustad dərsi keçib
AZƏRTAC xəbər verir ki, ustad dərsini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın Əməkdar Artisti Kseniya Knorre aparıb.
Məktəbin direktoru Kamal Paşazadə Kseniya Knorreni təqdim edərək onun haqqında məlumat verib. Bildirib ki, rusiyalı pianoçu və pedaqoq K.Knorre indiyədək bir sıra festivallarda iştirak edib, Almaniya, İtaliya, Rusiya və digər ölkələrdə ustad dərsləri keçib.
Həmçinin Kseniya Knorrenin musiqiçi ailəsində böyüdüyü vurğulanaraq qeyd edilib ki, onun anası Rusiyanın tanınmış pianoçusu və pedaqoqu Vera Qornostayevadır.
Kseniya Knorre yenidən Bakıya gəlməyin onun üçün xoş olduğunu deyərək tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.
O, musiqinin insanın daxili dünyasının aynası olduğunu vurğulayaraq bu yaradıcılıq görüşündə təcrübəsini bölüşəcəyini söyləyib.
Sonra ustad dərsinə başlanılıb. Ustad dərsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, L. və M.Rostropoviçlər adına 21 nömrəli və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
Onların ifa etdikləri musiqiləri dinləyən K.Knorre öz pedaqoji tövsiyələrini verib.
Ustad dərsi Bakı şəhərinin bir sıra musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri tərəfindən izlənilib.