CƏMİYYƏT


Rusiyalı tələbələr BANM-də

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC 

İ.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin (Milli Tədqiqat Universiteti) 10 magistri Bakı Ali Neft Məktəbində (BANM) olub. Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) Qubkin Universitetində fəaliyyət göstərən tələbə bölməsini təmsil edən tələbələrin səfəri BANM-in və SPE-nin Azərbaycan bölməsinin dəstəyi ilə təşkil olunub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu ali məktəbdə səfər proqramının açılış mərasimi keçirilib. Sonra moskvalı tələbələr BANM-in rektoru Elmar Qasımovla görüşüblər. Rektor tələbələri Ali Neft Məktəbindəki təhsil imkanları barədə ətraflı məlumatlandırıb və onları BANM-in yeni kampusu ilə tanışlığa dəvət edib. Tələbələr kampusda yaradılan geniş imkanlar və şəraitlə tanış olublar.

Moskvalı tələbələr SOCAR-ın baş ofisində İ.Qubkin adına Rusiya Neft və Qaz Universitetinin neft və qaz yataqlarının işlənməsi fakültəsinin məzunu, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovla görüşüblər. Onlar, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda, Səngəçal terminalında olublar, BP-Azərbaycan şirkətinin ofisində isə rusiyalı tələbələr üçün təqdimat təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.