REGİONLAR
Rusiyalı turist: On gündür ki, dostumla birgə Azərbaycandayıq, çox gözəl ölkəniz var VİDEO
Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə yay turizm mövsümünün açıq elan edilməsi xarici turistlərin bölgələrimizə axınına səbəb olub. Turistlər səfalı məkanlarımıza səfər edir, gözəl təbiət qoynunda dincəlirlər. Belə turistlərdən biri də rusiyalı Yuliya Musuitinadır. O, Moskva ətrafındakı kiçik Boqdan şəhərindəndir.
Yuliya AZƏRTAC-a müsahibəsində deyib: “On gündür ki, dostumla birgə Azərbaycandayıq. Çox gözəl ölkəniz var. Bakıda dörd gün olduq, doyunca gəzdik. Sonra Oğuz rayonuna səfər etdik, Qəbələdə olduq. Kanat yolu ilə gəzərkən qarşımızda çox heyrətamiz mənzərə canlanırdı. İndi isə iki gündür ki, Şəkidəyik. İnsanlarınız çox mehriban və istiqanlıdırlar”.
Qədim Şəkinin tarixi məkanları, o cümlədən Şəki xanlarının sarayı, Kiş məbədi, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər abidələrlə tanışlıqdan məmnun qaldığını bildirən rusiyalı turist Şəkinin zəngin mətbəxini, xüsusilə halva və pitini çox bəyəndiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]