DÜNYA


Rusiyalıların üçdəikisi düşünür ki, SSRİ müharibədə təkbaşına qalib gələrdi

Bakı, 22 iyun, AZƏRTAC

Rusiyalıların 63 faizi belə hesab edir ki, Sovet İttifaqı digər dövlətlərin köməyi olmadan belə Almaniyaya üzərində qələbə qazana bilərdi. ”Levada-sentr”in apardığı sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi İkinci dünya müharibəsində müttəfiqlərin vacib rol oynadığı fikrindədir.

AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, eyni zamanda, müharibə dövründə İosif Stalinin fəaliyyətini tənqid edənlərin sayı azalıb. Hazırda Sovet İttifaqının çoxsaylı insan itkilərini “Stalin rəhbərliyinin səhvi ilə” əlaqələndirən rusiyalıların sayı 12 faiz təşkil edir. Rəy bildirən insanların 36 faizi SSRİ-nin çoxmilyonlu itkilərinin səbəbini müharibənin gözlənilmədən başlamasında, 24 faizi isə Almaniyanın hərbi və texniki cəhətdən üstünlüyündə görür.

Rəsmi məlumata əsasən, SSRİ-nin II Dünya müharibəsində itkisi 26,6 milyon nəfər olub ki, onların da 9 milyonu hərbçilər idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.