CƏMİYYƏT


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII Forumu keçiriləcək

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov dekabrın 5-dən 7-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatımız Moskva şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII Forumunda iştirak edəcək.

Forumun keçirilməsində məqsəd bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor və lobbiçilik işinin təşkilində iştirakını artırmaq, onları maraqlandıran mövzulara dair məsələləri müzakirə etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.