İQTİSADİYYAT


Rusiyanın Forbes.ru saytı yay istirahəti üçün “Şahdağ” Turizm Mərkəzini tövsiyə edir

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Rusiyanın Forbes.ru saytı aktiv yay istirahəti üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 məşhur istirahət mərkəzinin adını açıqlayıb.

Saytda yer alan məlumatda Rusiya vətəndaşlarına xaricdə istirahət üçün bir neçə əlverişli məkan tövsiyə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu məkanlar sırasında Azərbaycanın Qusar rayonu ərazisində yerləşən “Şahdağ” Turizm Mərkəzi ilk üçlükdə yer alıb.

Saytda “Şahdağ” kompleksi haqqında ətraflı məlumat da yerləşdirilib. Qeyd olunur ki, turizm mərkəzində zip-line, bob-kartinq azarkeşləri üçün lazım olan hər şey var. Trottinete, dağ velosipedi ilə səyahət turistlərə böyük zövq verəcək. Macəra və adrenalin həvəskarları dağ silsiləsi boyunca istirahət zamanı unudulmaz anlar yaşayacaqlar. Çayda üzmək, serfinq macərası, paraplanla uçuş – burada hərənin öz ekstremal arzusunu gerçəkləşdirmək imkanı var.

Bildirilir ki, Bakıdan 230 kilometr məsafədə yerləşən “Şahdağ”da ümumilikdə 61 min rubl xərcləməklə istirahət etmək olar. Bu məbləğə eyni zamanda bir neçə əyləncə də daxildir.

“Şahdağ” Turizm Mərkəzi saytın top onluğunda ilk üçlükdə qərarlaşıb və sıralanma belədir: Krasnaya Polyana (Soçi, Rusiya), Çimbulak (Qazaxıstan), “Şahdağ” (Azərbaycan), Şereqeş (Kemerova vilayəti, Rusiya), Bakuriani (Tbilisi), Bukovel (Ukrayna), İnsbruk (Avstriya), La Molina (İspaniya), Biarriç (Fransa), Enqadin-Sankt-Moriç (İsveçrə).

İstirahət mərkəzlərinin top onluğu ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Forbes.ru saytı hotel axtarışı üzrə bələdçi RoomGuru.ru saytı ilə birlikdə ən çox harada daha güclü emosiya hiss etmək və aktiv istirahət üçün əlverişli kurortların siyahısını da təqdim edib. Siyahıda ikinəfərlik aviauçuş, yeddigünlük istirahət və bir neçə əyləncə növünün qiymətləri də göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.