DÜNYA


Rusiyanın İjevsk şəhərindəki ticarət mərkəzində baş verən güclü yanğın söndürülüb

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC

Rusiyanın İjevsk şəhərindəki ticarət mərkəzinin anbarında baş verən güclü yanğın söndürülüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın 4 min kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində anbarın 18 yaşlı işçisi həlak olub. Daha 4 nəfər isə xəsarət alıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Yanğın rayonunda ictimai və yük nəqliyyatının hərəkəti dayandırılıb.

Hazırda ölüm faktı ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.