MƏDƏNİYYƏT


Rusiyanın “Kultura” kanalı Firəngiz Əlizadəyə veriliş həsr edib VİDEO

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayımlanacaq “Eniqma” verilişi dünya şöhrətli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və “Şərəf” ordenli, UNESCO-nun “Sülh naminə artist”i Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub.

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, anonslarından da göründüyü kimi, verilişdə müasir akademik klassik musiqidən, onun parlaq nümayəndələrindən bəhs olunur. Verilişin müəllifi və aparıcısı “Muzıkalnıy Olimp” Fondunun prezidenti İrina Nikitinadır.

Verilişin anonsuna bu linkdən baxmaq olar:

http://tvkultura.ru/video/show/brand_id/60307/episode_id/1507748/video_id/1634933/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.