ELM VƏ TƏHSİL


Rusiyanın Şimal Federal Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının sədri Tərlan Qasımovla görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Rusiyanın Lomonosov adına Şimal Federal Universitetinin əməkdaşlığa dair təklif məktubu müzakirə olunub. Həmçinin yeni yaranan bu universitet ilə ADNSU arasında əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı neft və qaz sahəsi üzrə birgə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, təlimlərin təşkili və digər mövzular da diqqət mərkəzində olub.

İki ali təhsil ocağı arasında əməkdaşlıq təklifini yüksək dəyərləndirən M.Babanlı müvafiq sahədə işlərin görülməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.