DÜNYA


Rusiyanın “Su-24” təyyarəsinin həlak olan pilotunun ailəsinə Antalyada mənzil verilə bilər

A+ A

İstanbul, 1 iyul, AZƏRTAC 

2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin həlak olan pilotunun ailəsinə Antalyada mənzil verilə bilər. Bu təklif Antalyanın Kemer rayon bələdiyyəsinin sədri Mustafa Gül tərəfindən irəli sürülüb.

Rusiyanın Antalyadakı baş konsulluğunu ziyarət edən bələdiyyə sədri KİV-ə açıqlamasında diplomatik nümayəndəlikdə keçirdiyi görüş barədə məlumat verib. Rusiya-Türkiyə əlaqələrinin bərpa edilməsinin hər iki ölkə xalqlarının maraqlarına uyğun olduğunu bildirən M.Gül deyib: “Baş konsulluğa gələndə Türkiyənin ən gözəl şirniyyatlarından gətirdim ki, qoy əlaqələrimiz həmişə şirinlik üzərində qurulsun. Əgər təklifimiz qəbul olunsa, ötən il noyabrın 24-də həlak olan rusiyalı pilotun ailəsini mənzillə təmin edəcəyik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.