REGİONLAR


Rusiyanın elmi-kütləvi jurnalında Azərbaycan fitosanitar xidmətinə həsr olunan məqalə dərc edilib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Rusiyanın elmi-kütləvi “Bitki mühafizəsi və karantini” jurnalında Azərbaycan fitosanitar xidmətinə həsr olunan məqalə dərc edilib.

“Günün mövzusu” rubrikasında dərc edilmiş məqalənin müəllifi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevdir. Məqalədə Azərbaycanda fitosanitar nəzarətini tənzimləyən qanunvericilik, qoşulduğumuz beynəlxalq konvensiya və sazişlər barədə məlumat verilir.

Azərbaycan təbiətinin müxtəlif bitki sortları üçün olduğu kimi, zərərvericilər üçün də əlverişli olduğunu qeyd edən müəllif ölkəmizdə karantin altında olan zərərvericilər, alaq otlarının reyestri olduğunu bildirərək onlardan bəzilərini nümunə gətirir.

Məqalədə tut, pomidor, kartof, sitrus meyvələr kimi strateji bitkilərdə rastlanan zərərverici və xəstəliklər, onlara qarşı Azərbaycan fitosanitarlarının mübarizə metodları təsvir edilir.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriyasında karantin orqanizmlərinin aşkarlanması, xəstəliklərin diaqnostikası ilə bağlı iş prinsipləri yazıda geniş əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.