İQTİSADİYYAT


Rusiyanın energetika naziri oktyabrda OPEC ölkələrinin nümayəndələri ilə Vyanada görüşəcək

Bakı, 17 avqust, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın energetika naziri Aleksandr Novak oktyabrda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələri ilə Vyanada bir araya gələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyindən edilən şərhdə bildirilir. Deyilir ki, görüşün dəqiq günü hələ ki bəlli deyil.

Qeyd edək ki, OPEC-ə üzv ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.