ELM VƏ TEXNOLOGİYA


Rusiyanın məşhur jurnalında Azərbaycandakı multikultural mühitdən bəhs edən məqalə yer alıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Multikulturalizmin fəlsəfəsi haqqında” sərlövhəli məqaləsi Rusiyanın məşhur “Voprosı filosofii” (“Fəlsəfə məsələləri”) jurnalının onuncu nömrəsində dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə bu gün dünyada multikulturalizmin “ölməsi” ilə bağlı fikirlərin yanlışlığı qeyd edilir, hazırkı multikulturalizmin iki sosiomədəni perspektivinin olduğu vurğulanır.

Multikulturalizmin Azərbaycan modelindən söz açan müəllif dünyada gedən müharibələr və davam edən münaqişələr fonunda multikulturalizmin əhəmiyyətini xüsusi vurğulayıb, hazırda ölkəmizdə mövcud olan dinlərarası və millətlərarası dialoqa diqqət çəkib.

Məqalədə Azərbaycanın bütün dünya üçün örnək olduğu, Bakıda keçirilən beynəlxalq forumların mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.