DÜNYA


Rusiyanın müdafiə naziri “Xəzər Kuboku”nda iştirak edəcək Xəzər Flotiliyasının hazırlıq səviyyəsini yoxlayıb

Moskva, 5 iyun, AZƏRTAC 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Flotiliyasının hazırlıq səviyyəsini yoxlamaq üçün Həştərxana gəlib.

Rusiyanın Xəzər Dəniz Flotiliyasının gəmiləri bu ilin yayında Azərbaycanın ərazi sularında keçiriləcək “Xəzər Kuboku” beynəlxalq hərbi-dəniz müsabiqəsində iştirak edəcəklər.

Nazir S.Şoyquya məlumat verilib ki, Xəzər Dəniz Flotiliyası 2020-ci ilədək 76 faiz yeni silah və döyüş texnikası ilə təchiz olunacaq. Hazırda flotiliyanın yenidən qurulması və infrastrukturunun inşası prosesi gedir.

S.Şoyqu flotiliyanın hərbi hissələrinin və birləşmələrinin hazırlıq vəziyyətini də yoxlayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.