DÜNYA


Rusiyanın neft istehsalı artıb, qaz hasilatı isə azalıb

Bakı, 20 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiyanın neft hasilatı bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb, təbii qaz istehsalı isə 0,5 faiz azalıb.

AZƏRTAC “Rosstat”a istinadla xəbər verir ki, ölkədə neft hasilatı bu ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən 2,5 faiz artaraq 500 milyon 500 min tona yüksəlib. Hesabat dövründə ölkənin qaz istehsalı isə 0,5 faiz azalaraq 496 milyard kubmetr təşkil edib.

Rusiyanın neft hasilatı noyabr ayında əvvəlki aya nisbətən 3,4 faiz azalaraq 45,5 milyon tona, qaz hasilatı isə 3,1 faiz artaraq 55,5 milyard kubmetrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.