DÜNYA


Rusiyanın neft-qaz gəlirləri artıb

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın neft gəlirləri 30,3 milyard dollara, təbii qaz üzrə gəlirləri isə 12,4 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiyanın neft ixracı üzrə gəlirləri bu ilin ilk dörd ayında ötən illə müqayisədə 53,9 faiz, qaz gəlirləri isə 15,3 faiz artıb. Ölkənin neft ixracı üzrə gəlirləri bu ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,9 faiz artaraq 30,3 milyard dollara çatıb. Rusiyanın neft ixracının həcmi də həmin dövrdə ötən illə müqayisədə 2 faiz artaraq 82,5 milyon tona çatıb. Neft məhsullarının ixracı isə 0,8 faiz artaraq 53,7 milyon tona yüksəlib.

Ölkənin təbii qaz ixracı üzrə gəlirləri bu ilin ilk dörd ayında 2016-cı ilə görə 15,3 faiz artaraq 12,4 milyard dollar olub. Qaz ixracının həcmi isə 9,7 faiz artaraq 72,6 milyard kubmetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.