DÜNYA
Rusiyanın neft və qaz hasilatı artıb
Bakı, 20 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın neft hasilatı yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz, qaz hasilatı isə 7,1 faiz artıb.
AZƏRTAC Rusiya Federal Statistika Xidmətinə (“Rosstat”) istinadla xəbər verir ki, bu ilin yanvar ayında ölkədə neft hasilatı keçən ilin eyni ayına nisbətən 2,4 faiz artaraq 46,1 milyon tona yüksəlib.
Rusiyanın qaz hasilatı da hesabat dövründə 7,1 faiz artaraq 58,9 milyard kubmetrə çatıb. Neft məhsulları istehsalı isə bu ilin yanvar ayında keçən ilin eyni ayına görə 2,6 faiz artaraq 23,9 milyon ton təşkil edib.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə olunan razılığa görə gündəlik neft hasilatını 300 min barrel azaltmağı öhdəlik götürən Rusiya yanvar ayında sutkalıq istehsalını 120 min barrel azaltmışdı. Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri isə ötən il 2015-ci illə müqayisədə 17,7 faiz azalaraq 73,6 milyard dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]