Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rusiyanın nüfuzlu KİV-lərində Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair yazılar dərc olunub

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir innovasiyalar əsasında qurulması, bu sahədə avtomatlaşdırılmış sistemlərin yaradılması Rusiya mətbuatı tərəfindən də maraqla qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiyanın nüfuzlu KİV-lərindən olan “Arqumentı i faktı”, “Finmarket” və “TASS” media orqanlarında bu mövzuda yazılar dərc edilərək, Azərbaycanda əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların geniş şəkildə tətbiqindən bəhs edilib, Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğu vurğulanıb.

Qeyd edək ki, cari ilin sentyabr ayında Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin Azərbaycana səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onunla keçirilən görüşdə əmək müqavilələrinin elektron qeydiyyatı sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə böyük maraq ifadə olunub. Bununla əlaqədar Rusiya Federasiyasının Sosial Sığorta Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətində Fondun əməkdaşları üçün nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemləri barədə seminarın təşkil edilməsi xahiş olunub.

Bu məqsədlə ötən ay Rusiya Federasiyasının Sosial Sığorta Fondunun sədr müavini Aleksey Polikaşindən və departament rəhbərləri, digər məsul şəxslərindən, habelə Rusiyanın ayrı-ayrı tanınmış KİV-lərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti üçün nazirlikdə seminar təşkil olunaraq, müvafiq fəaliyyət sahələrində avtomatlaşdırılmış sistemlərə (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və s.) dair təqdimatlar edilib.

“Arqumentı i faktı”da təqdim edilən “Elektron əmək kitabçası. Kim bu sahədə Rusiyaya kömək edəcək?” başlıqlı yazıda (http://www.aif.ru/society/socstrah/elektronnaya) Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsə istinadən qeyd olunur ki, yaxın yarımildə Rusiyada da əmək müqavilələrinin elektron qeydiyyat sisteminin tətbiqinə başlana bilər. Müəllif bu sistemin tətbiqinin əmək münasibətləri sahəsində əhəmiyyətindən bəhs edərək, onun eyni zamanda leqal məşğulluq səviyyəsinin artmasına imkan verəcəyini diqqətə çatdırır. Müəllif bu sistemin Rusiyada tətbiqi üçün müvafiq təcrübənin hansı ölkədən əldə olunacağı sualına cavab kimi Azərbaycanı qeyd edərək, “Əmək müqavilələrinin elektron qeydiyyat sistemi unikal bir sistemdir və Azərbaycandan - bizim üçün əziz olan qonşu ölkədən başqa dünyada heç bir yerdə belə bir sistem mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sistemlə bağlı təcrübəsini artıq rusiyalı həmkarları ilə bölüşdü”, - deyə yazır.

Məqalədə əmək qanunvericiliyinin həm işəgötürənlər, həm də işçilər tərəfindən tam və dürüst icrası, işçilərin hüquqlarının təmin olunması, əmək bazarının təhlilinin aparılması, proqnozlaşdırılması, sosial sığorta sisteminin səmərəli fəaliyyəti və s. baxımından əmək müqavilələrinin elektron qeydiyyat sisteminin önəmindən geniş bəhs olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərinin bu elektron sistemin funksional imkanlarına dair təqdim etdiyi məlumatlar, eləcə də sistemin işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə, iş yerinə dair elektron formada arayış formalaşdırmağa imkan yaratdığı və s. diqqətə çatdırılır. Rusiya Sosial Sığorta Fondunun sədri Aleksey Polikaşinin “Fondumuz Azərbaycanın bu sahədə qabaqcıl təcrübəsini öyrənərək Rusiyada sığorta ödənişlərinin hesablanması üzrə elektron sistemin optimallaşdırılmasını və bununla da əhaliyə xidmətin keyfiyyətinin maksimum artırılmasını planlaşdırır” fikri təqdim olunur.

“Finmarket” saytında dərc olunmuş məqalədə (http://www.finmarket.ru/insurance/?nt=4&id=4425149) Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı mexanizminin önəmi, habelə sosial təminat sisteminin avtomatlaşdırılmasının üstünlükləri qeyd olunur. Məqalədə Azərbaycan Respublikasının nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlərə istinad olunaraq, qeyd olunur ki, yaradılan avtomatlaşdırılmış sistemlər əhaliyə xidmət sahələrində məmur-vətəndaş kontaktlarının minimallaşdırılmasına və şəffaflığın təminatına səbəb olub. Həmçinin pensiya və sosial yardım sistemləri elektron sistemlər əsasında tam şəffaflaşdırılıb. Ölkədə əmək müqavilələrinin elektron bazası 2014-cü ilin iyulunda və sistemə giriş “Elektron Hökumət” portalı vasitəsilə həyata keçirilir. Hər hansı əmək müqaviləsi, ona dəyişiklik edilməsi və ya xitam verilməsi həmin gün müvafiq bildiriş formasında bu sistemdə qeydiyyatdan keçirilmədən hüquqi qüvvəyə minə bilməz. Sistemə daxil edilən bütün əmək müqavilələrində isə işçilərin vəzifəsi və əməkhaqqı, habelə onlara ödənilən mükafatlar, illik gəliri və s. əksini tapır.

Məqalədə bu elektron sistemin əmək bazarına effektli və çevik formada nəzarət etmək, əmək bazarında baş verən prosesləri, habelə işəgötürənlər tərəfindən işçi hüquqlarının təmin edilməsi vəziyyətini obyektiv şəkildə qiymətləndirmək imkanı verdiyi, əmək hüquqlarının təminatı üçün dolğun hüquqi əsas yaratdığı konkret detallar əsasında diqqətə çatdırılır. Yazıda həmçinin Azərbaycanda işsizlikdən sığorta sisteminin yaradılması işlərinin də aparıldığı barədə məlumat verilir, onun mahiyyət və məqsədindən, eləcə də sığorta-pensiya sisteminin təkmilləşdirilməsi işlərinin davamı kimi nəzərdə tutulan islahatlardan bəhs olunur.

Bu fikir Rusiyanın “TASS” İnformasiya Agentliyinin dərc etdiyi yazıda (http://tass.ru/social-ins/3814077) da təqdim olunur. “Rusiya Sosial Sığorta Fondu sığorta ödənişi sistemini makisimal səviyyədə avtomatlaşdırmağı planlaşdırır” adlı yazıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə toxunulur, cari ilin 9 ayında həmin e-xidmətlərdən 4,5 milyon dəfə istifadə edildiyi, bunun da həmin dövrdə ölkədə “Elektron hökumət”dən ümumi istifadənin 37 faizini təşkil etdiyi qeyd olunur.

Müəllif həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edərək, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari il oktyabr ayına qədər olan dövrdə həmin sistemə 6 milyon dəfədən çox müraciət olunduğunu, Azərbaycanın avtomatlaşdırılmış sistemlərinin öyrənilməsi əsasında Rusiyada müvafiq sahələrdə, xüsusən sığorta ödənişləri üzrə xidmətlərin keyfiyyətinin artırılmasının nəzərdə tutulduğunu vurğulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY