DÜNYA


Rusiyanın pomidor embarqosu Türkiyəyə iki milyard dollara başa gəlib

Bakı, 11 avqust, AZƏRTAC

Rusiyanın pomidor embarqosu Türkiyəyə iki milyard dollara başa gəlib.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Milli Meyvə-Tərəvəz İttifaqının analitiki Kiril Laşin bildirib. Onun sözlərinə görə, əvvəllər Türkiyədə yetişdirilən pomidorun təxminən 40 faizi Rusiyaya ixrac olunurdu. 2016-cı ildə Rusiyanın pomidor istehsalı 18 faiz artıb. Rusiya bazarının bağlanmasından sonra Türkiyə istehsalçıları ixracın bir hissəsini Belarusa göndəriblər. Azərbaycan Rusiyaya daxil olan tədarük həcmini 2 dəfə, Mərakeş 3 dəfə, Belarus isə bir qədər artırıb. Türkiyənin yerini isə bu bazarda getdikcə Çin tutur.

Qeyd edək ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bəyan edib ki, əgər Moskva bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun tədarükü üçün bəzi ticarət məhdudiyyətlərini aradan qaldırmazsa, Ankara əks-tədbirlər görəcək.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov Moskvanın Türkiyə pomidorlarını almağa hazır olmadığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.