CƏMİYYƏT


Rusiyanın tanınmış psixoloqu “YARAT”da seminar keçirəcək

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 19-da Bakıda “YARAT” Müasir İncəsənət Mərkəzi və “DASSEL” Duyğu Zehni İnkişafı Tədris Mərkəzinin təşkilatçılığı ilə “Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi” mövzusunda seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək seminar Rusiyanın tanınmış psixoloqu, duyğu zehni üzrə mütəxəssis, “Akademiya Monsikov” layihəsinin müəllifi Viktoriya Şimanskaya tərəfindən aparılacaq.

Seminarda “Uşaqlıq dövründə qeyri-stabil emosiyalar hansı problemlərə gətirib çıxarır”, “Uşağa təhsil almaqda necə kömək etməliyik”, “Uşağın həyatında fiziki inkişafın rolu nədir?” və digər bu kimi mövzulardan danışılacaq.

Seminar çərçivəsində valideynlərin və uşaqların sualları psixoloq tərəfindən cavablandırılcaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.