MƏDƏNİYYƏT
Rusiyanın tanınmış yumor ustası azərbaycanlı tamaşaçılara maraqlı monoloqlarını təqdim edəcək
Bakı, 7 avqust, AZƏRTAC
Oktyabrın 23-də Rusiyanın tanınmış yumor ustası Serqey Drobotenko Bakıda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Opera studiyasında baş tutacaq konsertdə sevilən yumorist azərbaycanlı tamaşaçılara müxtəlif monoloqlarını təqdim edəcək. Konsertin bir-birindən fərqli və maraqlı repertuarla zəngin olması gözlənilir.
Bakıda ilk dəfə 2014-cü ildə konsert proqramı ilə çıxış edən S.Drobotenkonun həmin il oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yaradıcılıq gecəsi keçirilib.
Yumorist 1999-cu ildə keçirilən satira və yumor artistləri müsabiqəsinin laureatı olub. O, yumoristik “Anşlaq” verilişinin daimi iştirakçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]