SİYASƏT


Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini müzakirə ediblər

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və ABŞ-ın dövlət katibi Con Kerrinin telefon danışığı olub.

AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, telefon söhbəti zamanı bir çox məsələlərlə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşünə də toxunulub.

Dövlət başçılarının görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımlar müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.