İDMAN


Ruslan Lunev: Fəxr edirəm ki, yığmamıza ilk yüksək əyarlı medalı qazandırdım

Praqa, 13 may, Əziz Məmmədov, AZƏRTAC

Mən IV İslam Həmrəyliyi Oyunlarında qalib gəldiyimə görə xoşbəxtəm. Eyni zamanda fəxr edirəm ki, yığmamıza ilk yüksək əyarlı medalı qazandırdım. Qələbə hər bir idmançı üçün həmişə həyəcanvericidir. Bu, həm də idmançı həyatının şərəfli və məsuliyyətli anıdır, çünki qələbə qazananda ölkənin himni səslənir. Şəxsən mənim üçün İslamiadanın çempionu olmaq sözlə ifadə olunması mümkün olmayan fərəh hissidir. Həmin anda Fəxri kürsüdə dayanan idmançının nələr hiss etdiyini başa düşmək üçün bu hissləri keçirmək lazımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2017” Oyunlarında kişi güllə atıcıları arasında tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarının qalibi Ruslan Lunev səsləndirib.

R.Lunev güclü rəqibini, hazırkı dünya çempionu, türkiyəli güllə atıcısı Yusuf Dikeçə necə qalib gəldiyi barədə suala cavabında bildirib ki, ona “doğma divarlar” amili kömək edib. O deyib: “Rəqiblər layiqli müqavimət göstərdilər. Güllə atıcılığı üzrə dünya çempionatı 4 ildən bir keçirilir. Sonuncu yarış 2014-cü ilə təsadüf edib. İslamiadada hazırkı dünya çempionu Yusuf Dikeç iştirak edir. Əvvəlcə mən ondan xeyli geri qalırdım. Pakistanlı Məhəmməd Xəlil Axtar da yaxşı start götürmüşdü, lakin sonda mövqeyini əldən verdi və nəticədə bürünc medalla kifayətlənməli oldu. Məlumdur ki, atıcı hədəfə vurmaq üçün hədəfin mərkəzini düzgün nişan almalıdır. Bunu bildiyim üçün bütün qüvvəmi toplayıb final mərhələsində hədəflərimi düzgün nişan aldım.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.