İDMAN
Rüstəm Orucov Azərbaycan millisinə daha bir bürünc medal qazandırıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu keçib.
AZƏRTAC xəbər verir ki, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov turnirin bürünc medalına sahıb çıxıb. İdmançımız yarışa isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və Koreya təmsilçisi Sen-Ge Çai məğlub edərək başlayıb. Lakin yarımfinalda cüdoçumuz belçikalı idmançı Dirk van Tiçeltə məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda döyüşdə daha bir belçikalı Sami Çouçi ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Rüstəm Orucov rəqibini məğlub edərək Qran-prinin bürünc medalını qazanıb.
Beləliklə, cüdo üzrə Azərbaycan millisinin hesabında artıq iki bürünc medal var. Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-prinin bürünc mükafatçılarıdır.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində isə Azərbaycanı təmsil edən digər iki cüdoçumuz – Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli isə məğlub olaraq mübarizəni dayandırmalı olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]