İDMAN


Rüstəm Orucov: Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana ilk medalı qazandıran Rüstəm Orucov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində deyib.

“Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi”, - deyə idmançımız qeyd edib.

Yarışa ciddi hazırlaşdığını bildirən R.Orucov finaldakı rəqibinin güclü olduğunu deyib: “Olimpiadaya hazırlaşarkən yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün görüşdə üstünlüyə sahib oldu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.