DÜNYA


Rut Neqqa və Bred Pitt birgə yeni filmə çəkiləcəklər

Bakı, 9 avqust, AZƏRTAC

Rut Neqqa və Bred Pitt “Ulduzlara doğru” adlı yeni fantastik filmdə baş rolları ifa edəcəklər. Aktyorlar bundan əvvəl də birlikdə çəkiliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni filmdə Bred Pitt atası haqqında baş verənləri öyrənmək üçün Günəş sisteminə səyahət edən autik mühəndis rolunu oynayır. Fantastik filmin rejissoru Ceyms Qrey həm də ssenari müəlliflərindən biridir. Digər ssenari müəllifi isə İtan Qrosdur.

Xatırladaq ki, ötən il Rut Neqqa “Lavinq” kino lentində baş rolu canlandırıb və “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar”a namizəd qismində təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.