ELM VƏ TƏHSİL
“SABAH” İcra Komitəsinin rəhbəri BDU-nun tələbələri ilə görüşüb
Bakı, 7 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə ilə Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qrupu tələbələrinin görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva təhsil sahəsində keçirilən islahatların əhəmiyyətindən danışıb.
Ş.Seyidzadə tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O, tələbələrin yay istehsalat təcrübələrindən, növbəti semestrdə istehsalat təcrübələrinin keçirilməsi məqsədilə 200-dən artıq şirkətlə əlaqələrin yaradılmasından bəhs edib.
Sonra tələbələrin sualları cavablandırılıb.