ELM VƏ TƏHSİL
“SABAH” qruplarının fəal tələbələri mükafatlandırılıblar
Bakı, 13 mart, AZƏRTAC
“SABAH” qrupları icra komitəsinin rəhbəri Şahin Seyidzadə, təhsil üzrə ekspert Kamran Əsədov, “Welcome Travel” şirkətinin rəhbəri Emin Quliyev “SABAH” yataqxanasında tələbələrlə görüşüblər.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, Ş.Seyidzadə “SABAH” yataqxanasında tələbələrin təşəbbüsü və özfəaliyyəti çərçivəsində mütəmadi olaraq Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən tədbirlərin keçirilməsini yüksək dəyərləndirib.
Sonra yataqxanada səmərəli fəaliyyətlərinə görə fəal tələbələrə sertifikatlar təqdim edilib, tədbirə dəstək göstərən “Welcome Travel” və “Barattson School of Business&Finance” tərəfindən mükafatlar verilib.
Qeyd edək ki, “SABAH” yataqxanasında BDU-nun IV kurs tələbəsi Turan Həsənlinin təşkilatçılığı ilə reallaşan tədbirlərdə Azərbaycan tarixi, musiqisi, poeziyası ilə bağlı maarifləndirici məlumatlar verilir.