ELM VƏ TƏHSİL
“SABAH” qruplarının tələbələri İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçəcəklər
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2016-cı il dekabrın 1-dən 2017-ci il mayın 31-dək təcrübə keçəcək "SABAH” qruplarında təhsil alan tələbələrlə görüş olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Telman Əliyev tələbələrə Azərbaycanda İKT elminin keçdiyi inkişaf yolundan danışıb, onlara uğurlar arzulayıb.
Sonra tələbələr təcrübə keçəcəkləri laboratoriyalar və rəhbərlərlə tanış olublar.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin kompüter elmləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalat proseslərinin avtomatlaşdırılması, Azərbaycan Texniki Universitetinin İT və sistemləri mühəndisliyi, kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan iyirmi tələbə İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçəcək.