ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələri üçün Cavid yaradıcılığına həsr edilmiş “Açıq dərs”

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan “SABAH” qruplarının tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda “Açıq dərs” keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Açıq dərs”də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı barədə ətraflı məlumat verilib, ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətindən bəhs edilib.

Tələbələr böyük sənətkarın “İblis” əsərindən parçalar söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.