ELM VƏ TƏHSİL


“SABAH” qrupu tələbələrinin ifasında “Pygmalion” tamaşası

Bakı, 3 iyun, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələri B.Shawın “Pygmalion” əsəri əsasında hazırladıqları tamaşanı ilk dəfə ingilis dilində təqdim ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri tələbələrlə yanaşı, xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar Artist Nofəl Vəliyev, SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva tərəfindən hazırlanıb.

Sonda universitetin rektoru, professor Fərəh Əliyeva tamaşanı bəyəndiyini qeyd edərək müəllim və tələbə heyətinə uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.