Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SAHİBKARLIQ FƏALİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. ”Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 1, maddə 6, N 3, maddə 226, N 4, maddə 280; 2000-ci il, N 7, maddə 489; 2001-ci il, N 11, maddə 686, N 12, maddə 736; 2002-ci il, N 5, maddələr 241, 248, N 10, maddə 584; 2003-cü il, N 1, maddə 1) 9-cu maddəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi vermək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin