MƏDƏNİYYƏT
ŞAH İSMAYIL XƏTAİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
“XXI əsr” qalereyasında Səfəvilər dövlətinin banisi, qüdrətli sərkərdə, Azərbaycan ədəbiyyatı klassiklərindən biri Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş “Azərbaycanın keçmişi, bu günü, gələcəyi” mövzusunda sərgi açılmışdır.
Qalereyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mədəniyyət Nazirliyinin və “Şah İsmayıl Xətai” Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Xətai şəxsiyyətini və onun şahlıq dövrünü əks etdirən incəsənət əsərləri, müxtəlif fondlarda, şəxsi kolleksiyalarda qorunan orta əsrlərə məxsus miniatür əsərlər nümayiş etdirilir.
“Şah İsmayıl Xətai” Fondunun sədri Təvəkkül Əliheydəroğlu açılış mərasimindəki çıxışında demişdir ki, sərginin keçirilməsindən məqsəd tariximizi yaşatmaq, tarixi şəxsiyyətlərimizin xatirəsini yad etməkdir.