Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

S.A.NAĞIYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Salman Ağaş oğlu Nağıyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhəri İcra Hakimiyyətinə tapşırılsın ki, Salman Ağaş oğlu Nağıyevin yaşadığı binaya (Xaqani küçəsi, 26/3) xatirə lövhəsinin vurulmasını təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin