CƏMİYYƏT


SAY layihələrində iştirak edən gənclər bir araya gəlib

Bakı, 10 avqust, AZƏRTAC

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Support of Azerbaijan Youth” (SAY) hərəkatı adı altında həyata keçirilən SAY layihələrinin gəncləri bir araya gəlib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşə 100-dən çox gənc qatılıb. Gənclər hazırladıqları videoçarxları, maraqlı təqdimatları nümayiş etdiriblər. “SAY: Solidarity” layihəsinin iştirakçıları sertifikatla təltif olunublar.

Qeyd edək ki, “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı layihələr bunlardır: “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest”, “SAY:Solidarity” layihələri. Bu layihələrdə əsas məqsəd könüllülük ideyalarının təbliği, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi, həmrəylik hislərini aşılamaq və gənclərin hərtərəfli formalaşmasına şərait yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.